Zəngilan sakinlərinin köçürüləcəyi tarix açıqlandı

13:28 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

 

Hafta.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

 

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir:

 

"Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.